Məmməd İbrahim müalicə müəssisəsindən narazıdır (yenilənib)

AXCP üzvünün səhhətində problem olduğu deyilir

Source:
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim
Məmməd İbrahim


***


16.46.


Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini  İftixar Qurbanov Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı baş həkimlə əlaqə saxlanılıb: “Baş həkim dedi kİ, Məmməd İbrahimlə görüşüb və o, hazırda heç bir narazılığının  olmadığını bildirib. Məmməd İbrahim baş həkimə deyib  ki, oğlu ilə görüşəndə çox narahat olub və güman ki, o, bunu nəzərə alaraq belə bir fikir işlədib.  Səhhətindəki problemlərə gəlincə, hazırda müayinə və müalicəsi aparılır”.


AXCP üzvünün səhhətində problem olduğu deyilir

3 il azadlıqdan məhrum edilən Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü Məmməd İbrahim köçürüldüyü müalicə müəssisəsindən narazıdır. O, saxlanıldığı yerdən və həkimlərin diqqətsizliyindən şikayət edir.

Bu barədə Facebook-da məlumat paylaşan məhbus cəbhəçinin oğlu Turan İbrahim qeyd edib ki, atasının körpücük sümüyündən əlavə başında da şiş əmələ gəlib. Həkimlər hələ səbəbini bilmir.

Məmməd İbrahim Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs olunub (Şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib). Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə tövsif edilib.

Beynəlxalq Amnistiya Təşkilatı AXCP üzvünü vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərMəmməd İbrahim müalicə müəssisəsindən narazıdır (yenilənib)