Məmməd İbrahim cəzasının azaldılmasını istəyir

AXCP sədrinin müşaviri məhkəməyə müraciət edib

Source:
Məmməd İbrahim
Məmməd İbrahim


AXCP sədrinin müşaviri məhkəməyə müraciət edib

AXCP sədrinin müşaviri Məmməd İbrahim cinayətlə bağlı qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar işinə yenidən baxılması üçün məhkəməyə müraciət edib. Bu barədə onun oğlu Turan İbrahim “Facebook” səhifəsində yazıb.

M.İbrahim CM-in 221.2.2-ci maddəsi ( polisə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə 3 il azadlıqdan məhrum edilib.

Bu maddə üzrə maksimum cəza 5 il azadlıqdan məhrumetməni nəzərdə tutub.

2017-ci ildə CM-ə edilən düzəlişlər cəzanın yüngülləşdirilməsinə səbəb olub. Hazırda bu maddə üzrə cəzanın yuxarı həddi 4 ildir. Maddə üzrə cəzanın yumşaldılmasını nəzərə alaraq, M.İbrahim ona təyin edilən cəzaya yenidən baxılmasını xahiş edir.

İşə Suraxanı Rayon Məhkəməsində baxılacaq.

Vəkil Əsabəli Mustafayev “Turan”-a bildirib ki, qanunvericiliyə dəyişikliklər edildikdən sonra məhkumların çoxu cəzalarına yenidən baxılması üçün məhkəməyə müraciət edirlər.

Hüquqşünas bu müraciətləri məntiqli hesab edir. Bu cəzalar maksimum müddətlə bağlı müəyyən hissəni əhatə edib. Hazırda maksimum müddətin azaldılması ilə bundan öncə təyin edilmiş cəzanın müddəti də proporsional olaraq azalmalıdır.

M.İbrahim 2015-ci il sentyabrın 30-da AXCP-nin keçmiş üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Sonradan bu maddə 221.2.2-ci maddəyə (silah tətbiq etməklə xuliqanlıq törətmək) tövsif edilib.

Martın 15-də Nərimanov məhkəməsi M.İbrahimi təqsirli bilərək 3 il azadlıqdan məhrum

edib

.

M.İbrahim cəzasının 1/3 və ½ hissəsini çəkməsilə əlaqədar cəzanın yumşaldılması və məntəqə tipli koloniyaya köçürülməsi üçün məhkəməyə müraciət edib. Ancaq bu müraciətlər təmin edilməyib.

Hüquq-müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.

Ana səhifəXəbərlərMəmməd İbrahim cəzasının azaldılmasını istəyir