Məlumat verməyən informasiya sahibi 300 manat cərimələnəcək [ VİDEO ]


 “Jurnalistlərə məlumatların verilməməsi onu deməyə əsas verir ki burda hansısa korrupsiya məsələsi var. İnformasyaların verilməsində yaranan problemlərdən bir də odur ki, burada şəffaflıq yoxdur”.

Media Hüquqları İnstitutunun koordinarotu Xalid Ağalıyev jurnalistlərin dövlət orqanlarından məlumat ala bilməsməinin səbəbini şərh edir. Azərbyacanda informasiya əldə etmək haqqında qanun 2005-ci ildə qəbul olunub. Sənədə görə, bütün dövlət qurumları informasiya sahibidir və onlar fəaliyyətləri barədə ictimayyətə məlumat verməlidir. Lakin nazirliklərin, icra strukturlarının, məhkəmələrin və s. dövlət orqanlarının çoxusunun məlumat verməkdən hər hansı bəhanə ilə boyun qaçırtması həmin qanunun işlənməməsindən xəbər verir:

“2008, 2009, 2010-cu illərdə dövlət qurumlarına göndərilən 100 sorğunun təxminən 25-30 faizi icra olunurdusa, 2012-2013-cü illərdə  bu rəqəm kəskin aşağı düşüb. Həmin illərdə dövlət qurumlarına göndərilən 105 sorğunun yalnız biri 7 iş günü ərzində cavablandırılıb. İnformasiya sahibləri məlumat verməkdən yayınırlarsa, onlar inzibati xətalar məcələsi ilə 300 manat cərimə olunmalıdır”.


Hansı nazirliklər və dövlət qurumları cərimələnməlidir?

Azadlıq qəzetinin redaktoru Sücəddin Şərifov deyir ki, 20 ildir mətbuatdadır. Amma, Dövlət Gömrük Komitəsindən bir dəfə də olsun məlumat ala bilməyib:

 “Dövlət Sərhət Xidməti ilə də əməkdaşlıq zəifdir. Hal-hazırda bir sıra nazirliklər var ki onlarla əməkdaşlıqda elə bir ciddi problemlər yoxdur. Xüsusən respublika prokurorluğu gündəlik məlumatıarı göndərir yaxud da bizim sorğularımıza cavab ala bilirik. DİN ilə də ciddi problem yoxdur. Eyni sözü Milli Təhlükəsizlik Nazirliyi haqqında demək olmaz. Sözzsüz ki biz bəzi məsələləri başa düşürük”,-deyən redaktor bildirir ki, sözügedən nazirlik sadəcə özünün keçirdiyi əməliyyatarla bağlı məlumatlar yayır.

 “Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı isə orduda baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyindən mövqe almağın son günlər mümkünsüzləşdiyini önə çəkir:

 “Son günlər ordu ilə bağlı çox intensiv məlumatlar yayılır. Cəbhədən tez tez ağır xəbərlər eşidirik. Biz müharibə şəraitindəyik və hesab ediəm ki belə vəziyyətdə Müdafiə Nazirliyi daha çox açıq olmalıdır. Baş Prokurorluğun Mətbuat Xidmətini mən qeyd etmək istəyirəm. Əvvəllər biz çox çətinlik çəkirdik, amma indi orta qiymət vermək olar. Milli Təhlükəsizlik Nazriliyi ümumiyyətlə şablon bir-iki cümlədən başqa heç nə ilə danışdıra bilmirik. Mən müxbir olanda da bu cümlələri alırdım, indi jurnlaistlərim də eyni cavabarı alır. Daxili İşlər Nazirliyi qəlizləşib. Hərbi prokurorluq “0”-dır”.


Sorğular cavablandırılmır

Dövlət orqanlarına ünvünlalan sorğulara verilən cvabalara gəlincə, jurnalistlər bildirilər ki, nazirliyin bir şöbəsindn digərinə sorğu bir həftədən də çox ötürülür.

 “Nəqliyyat nazirliyindən çox jurnalistlər narazılıq edirlər amma mən onlardan informasiya ala bilirəm. Namiq bəy mənə həmişə cavab verib. FHN cəmi bircə dəfə telefonu açıb. Amma cavab verməyib. Səhiyyə nazirliyindən cavab almq olmur. Son iki ildir Təhsil nazirliyinə sorğu göndərdik, yazılı sorğuya cavab verdilər” deyə Jurnalist Aygül Mehman bildirir.

“Maliyyə nazirliyindən sorğu da göndərirsən alınmır. Ən yaxşı işlədiyim məbutat xidmət Vergilər Nazirliyinindir. Səhiyyə Nazirliyi son dönəmdə çətinləşib. Ən azı məlumatı təsdiləmək də olmur. Təhsil Nazirliyindən alınmır. Əmək və Əhalinin Müdafiəsi Nazirliyi digərlərinə nisbətdə normal işləyir. Nazirliyin öz daxilində bir sorğu bir şöbədən digərinə bir həftəyə az qala çatır. Dəfələrlə olub ki sorğunu axtarıb tapdıqdan sonra cavab veriblər. 7 gündən sonra ona cavabın verilməsi mütləqdir məsələsi qanunda olsa da işlənmir”.


Qanunla informasiya sahibləri jurnalstlərin sualını dərhal cavablamaqda borcludur

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirir ki, sorğulara cavab müddətinin 7 iş günü olamsı jurnalistlərə aid deyil:

“Jurnalist olanlar üçün sorğulara cavab dərhal və ya 24 saat ərzində verilməlidir. Əgər informasiya sahibləri sorğunu atıb deyirlərsə ki buna sonra baxacaqlar, burda da xəta var. Bunu jurnalist göndəribsə bu dərhal olmalıdır.  Onlar yəqin 7 iş günü ilə 24 saatı dəyşik salırlar. Amma qanunda 7 iş gününü informasiyanı tələb edənin vəzifəsi qabğa çəkir. Bu KİV haqqında qanunun 8 ci maddəsinin tələbidir. Bunu etmirlərsə, onda informasiya sahibləri informasiya hüququnun verilməməsinə görə məsuliyyət daşıyırlar”.


Dövlət orqanlarında informasiya xidmətləri şöbəsi yoxdur

Ekspert deyir ki, dövlət orqanlarında  informasiyalarla bağlı iki qurum olmalıdır. Birinci mətbuat xidməti hansı ki yönləndiricidir, ikicisi isə informasiya xidmətləri və o bilavasitə informasiya ilə bağlı suallara cavab verməlidir. Əgər informasiya sektoru yoxdursa, onda məlumatı vermək bu qurumun rəhbərinin üzərinə düşür. Xalid Ağalıyev də bildirir ki, mətbuat xidmətləri anlayışı Sovet dönəmindən qalıb. KİV haqqında qanunda hər bir qurumun daxilində informasiya şöbələrinin olması göstərirlib. Çünki 10 -larla şöbəsi olan hər hasnı bir nazirliyin işini 4-5 nəfər işçisi olan mətbuat xidmətləri işıqlandıra bilməz.

Ana səhifəVideoMəlumat verməyən informasiya sahibi 300 manat cərimələnəcək [ VİDEO ]