Məleykə Abbaszadə: Müəllimlər kurikulumdan istifadə edə bilmirlər

Ekspert: ”Mövcud şəraiti təhsili idarə edənlər yaradıb”

Source:


Ekspert: ”Mövcud şəraiti təhsili idarə edənlər yaradıb”

“Müəllimlər 2012-ci ildən başlayaraq yalnız ənənəvi testlərdən istifadə ediblər”.

“Report”un məlumatına

görə

, bunu Dövlət İmtahan Mərkəzinin (DİP) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O vurğulayıb ki, halbuki müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər:

“20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil”.

DİM sədri bildirib ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir.

M.Abbaszadə onu da qeyd edib ki, kurikulumun tədbiqində bir sıra rayonlarda fərqlər nəzərə çarpır:

“İki ildən sonra şagirdlər yeni qaydalar əsasında təşkil olunacaq müsabiqədə iştirak edəcəklər. Ölkə üzrə bu sahədə olan orta nəticələr arasında ciddi fərqlər var”.

Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov Məleykə Abbaszadənin fikirlərini bölüşsə də, hesab edir ki, mövcud şəraiti də təhsili idarə edənlər yaradıb:

“Söhbət Təhsil Nazirliyindən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından gedir”.

Nadir İsrafilov Meydan TV-yə deyib ki, ötən illərdə təhsillə bağlı dünyanın heç yerində olmayan qədər qaydalar qəbul edilib:

“Düzdür, Məleykə Abbaszadə bir müddət əvvəl hökumətin qərarı olduğunu demişdi, amma hökumət də yerlərdəki vəziyyəti öyrənib qərar qəbul edir. Təhsil naziri Mikayıl Cabbarov da kurikulum haqda danışıb. Nazir demişdi ki, onlar 2008-2009-cu tədris ilində təhsil sistemində yeni kurikulumun tətbiq olunmasına başlayıblar. Amma müəllimlərə yeni kurikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir mövzusunda təlim və tədris aparmağı unudublar. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır.  Demək istəyirəm ki, kurikulum barədə yalnız ekspertlər yox, təhsilə cavabdeh rəsmilər də danışıb, iradlarını ifadə ediblər. Məsələ ondadır ki, 2 il qalıb, başlanıbsa, başa çatmalıdır”.

Nadir İsrafilov

Nadir İsrafilov Dövlət İmtahan Mərkəzinin (DİP) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə testlə bağlı iradlarına da toxundu:

“Ümumiyyətlə, son vaxtlar 25 ildir istifadə etdiyimiz test qaydası barədə müxtəlif fikirlər səsləndirilir. Bəli, müxtəlif qiymətləndirmə formaları var, ancaq nəyisə tətbiq edəndə ifratçılığa yol veririk. Artıq Nazirlər Kabineti sürücünün də testlə vəsiqə alması barədə qərar qəbul etdi. Bununla bərabər Milli Məclis səviyyəsində də testə qarşı kampaniya aparıldı. Ancaq təhsil yalnız məntiqi biliklərdən ibarətdən deyil, təhsil bilik, bacarıq və vərdişlər sistemindən ibarətdir. Test məntiqi düşüncəni göstərir, şagirdin yazı qabiliyyəti, nitq mədəniyyəti var, bunlara kompleks yanaşma tələb olunur. Elmi-Təhqiqat İnstitutunun işçisi Yəhya Kərimov orta məktəb dərsliyini yazanda kənd-kənd gəzib yerli əhaliylə məsləhətləşirdi. Tenderin müsbət cəhətləri var, amma tenderdə bir kollektiv iştirak edəndə problemlər də artır və nəticədə dərsliklərdə biabırçılıqlar ortaya çıxır. Hazırda vəziyyət o həddədir ki, yuxarılar da belə davam etməyəcəyini başa düşdü. Biz 70 il sovet təhsil sistemində yaşamışıq, 90-cı illərdə yeni qaydalara keçdik, amma keçid dövrü uzun çəkdi. Yeni sistem tam oturuşana qədər bu cür dəyişikliklər labüd və qaçılmazdır”.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: Müəllimlər kurikulumdan istifadə edə bilmirlər