Məktəb direktoru dələduzluqda ittiham olunur

Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb”, – prokurorluqdan bildirilib.

Source: Specify Source


Direktor iş üçün yox, lotereya üçün pul istədiyini deyir

Bakının Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 saylı orta məktəbin direktoru Samirə Əkbərova dələduzluqda, vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

Bugünlərdə sosial şəbəkələrdə məktəbdə direktorla bir qadın arasında mübahisəni əks etdirən videogörüntülər yayılıb. Mübahisə direktorun iş otağında baş verib. Qadın iddia edir ki, direktor işə düzəltmək adıyla ondan pul alıb. Həmin pulu tələb edən qadını direktor sakitləşdirməyə çalışır.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, 5 nömrəli orta məktəbin direktorunun vətəndaşdan işə düzəltmək adıyla rüşvət alması barədə Abşeron Rayon prokurorluğuna müraciət olunub. Həmin müraciət əsasında orada araşdırma aparılıb.

“Müəyyən edilib ki, məktəbin direktoru Samirə Əkbərova vətəndaşdan qızını Bakı ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat pul vəsaitini almaqla dələduzluq edib. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb”, – prokurorluqdan bildirilib.

Samirə Əkbərova isə deyir ki, ondan şikayətçi olan qadın məktəbdə müəllimlərlə lotereya oynayıb. Videodakı mübahisəyə gəlincə, onun sözlərinə görə, müəllimlər lotereyanın pulunu vermədikləri üçün qadın direktor olaraq, pulu ondan tələb edib.

Ana səhifəSosialMəktəb direktoru dələduzluqda ittiham olunur