Ölkənin prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb
Sentyabrın 19-da Meksikada baş verən zəlzələdə ölənlərin sayı hər gün artır.
Sentyabrın 20-ə olan məlumata görə ölənlərin sayı 248 nəfərə yüksəlib.
Hələ dağıntılar altında insanların qaldığı bildirilir.
Zəlzələ nəticəsində paytaxtın 40 faizində, Morelos ştatının isə 60 faizində elektriklər kəsilib.
Ölkənin prezidenti Enrike Penya Neto əhaliyə müraciət edərək, təşvişə düşməməyi tapşırıb:
“Hazırda əsas işimiz dağıntılar altında qalmış insanları xilas etmək və xəsarət alanlara yardım etməkdir”.