Mehriban Əliyevanın təyinatını sərt tənqid edən Fox TV-nin aparıcısı işdən çıxarıldı

Fox TV-də efirə gedən “Çalar saat” verilişinin aparıcısı Murad Güloğlu işdən çıxarılıb

Source:
Mehriban Əliyeva və Murad Güloğlu
Mehriban Əliyeva və Murad Güloğlu


Fox TV-də efirə gedən “Çalar saat” verilişinin aparıcısı Murad Güloğlu işdən çıxarılıb

Türkiyənin “Sözcü” qəzeti

yazır ki

, aparıcının işdən çıxarılmasına səbəb, Güloğlunun 7 Mart tarixində baş tutan verilişdə işlətdiyi ifadədir. O, Mehriban Əliyevanın vitse-prezidentlik təyinatını tənqid edərkən, “Fikirləşin, prezidentlə vitse-prezident eyni… Tövbə, ya Rəbbim!” ifadəsini işlədib.

Bundan dərhal sonra Fox Türkiyə İdarə Heyətinin üzvü Əngin Günər şəxsi tvitter hesabından aparıcının işdən çıxarıldığını yazan tvit yazıb.

Aparıcı da işdən çıxarıldığını öz şəxsi tvitter hesabında qeyd edib.

Bir müddət əvvəl Fox TV-nin efirində Azərbaycandakı vitse-prezidentlik təyinatı tənqid edildiyinə görə bu kanalın fəaliyyəti ölkə daxilində qadağan olunmuşdu.

Ana səhifəXəbərlərMehriban Əliyevanın təyinatını sərt tənqid edən Fox TV-nin aparıcısı işdən çıxarıldı