Mehriban Əliyeva: Qala divarlarını heç bir şey bağlamamalıdır

M.Əliyeva “qala divarlar söküləcək, yoxsa qalacaq” sualına “mənim fikrimcə, burda olan obyektlər necə idisə, elə də qalmalıdır

Source:


Birinci vitse-prezident İçərişəhərdə olub

Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 26-da “İçərişəhər”in Qala divarları yaxınlığında aparılan işlərlə yerində tanış olub.

Birinci vitse-prezident

BBC News Azərbaycanca

-ya deyib ki, vaxtilə ərazidəki tikililərə görə “İçərişəhər” YUNESKO-nun “qara siyahısı”na salınmışdı. Bundan sonra bir çox tədbir həyata keçirildi, xarici ekspertlər dəvət olundu:

“Onların rəylərini aldıq və həmin ekspertlərin köməyi ilə nöqsanları aradan qaldırdıq, lazımlı bərpa işləri apardıq. Bu məkan bizim hər birimiz üçün əzizdir”.

M.Əliyeva “qala divarlar söküləcək, yoxsa qalacaq” sualına “mənim fikrimcə, burda olan obyektlər necə idisə, elə də qalmalıdır. Qala divarlarını heç bir şey bağlamamalıdır” deyə cavab verib.

Birinci vitse-prezidentin əraziyə gəlməsi haqda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov da jurnalistlərə açıqlama verib.

R.Qasımov M.Əliyevanın hadisə yerində olmasını “bu, İçərişəhərə dövlət rəhbərliyinin daimi qayğısı və diqqətinin daha bir bariz nümunəsidir” deyə adlandırıb.

İçərişəhərdə tikililərin qala divarlarını zədələməsi xəbəri günlərdir sosial şəbəkələrin əsas mövzusuna çevrilib. İctimaiyyət qala divarlarının sökülməsinə, zədələnməsinə etiraz edir.

Ana səhifəXəbərlərMehriban Əliyeva: Qala divarlarını heç bir şey bağlamamalıdır