“Mehriban Əliyeva qaçqınlara yiyə çıxsın” (VİDEO)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti məhəllə 30 ünvanında yerləşən ət kombinatında məskunlaşan məcburi köçkünlər onlar üçün tikilən binaya köçürülmədiklərindən şikayətlənirlər. Belə ki, “Kristal Abşeron” MTK Xırdalan şəhərində, 3 bloklu çoxmərtəbəli yaşayış binası inşa edib. Şirkət köçkünlərin ora yerləşdirilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova da ərizə ilə müraciət edib. Lakin komitədən onlara heç bir cavab verilməyib. Məcburi köçkünlər 3 gündür ki, küçədə gecəliyirlər.

Onlar Dövlət Komitəsinə getsələr də, Əli Həsənovla görüşə bilməyiblər. Şikayətçilər deyirlər ki, bugünə qədər Komitədən bir nəfər də maraqlanıb, əraziyə gəlməyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov Meydan TV-yə bildirib ki, Əli Həsənov xaricdə işgüzar səfərdə olduğuna görə köçkünləri qəbul etməyib. O, şikayətlə bağlı araşdırma aparacağını deyib.

Ana səhifəVideo“Mehriban Əliyeva qaçqınlara yiyə çıxsın” (VİDEO)