Mehriban Əliyeva kimdir? [BİOQRAFİYA]

15 ildir Azərbaycanın birinci xanımı adını daşıyan Mehriban Əliyeva artıq bir ildir ki, dövlət idarəçiliyində ikinci şəxsdir

Source:

15 ildir Azərbaycanın birinci xanımı adını daşıyan Mehriban Əliyeva artıq bir ildir ki, dövlət idarəçiliyində ikinci şəxsdir. 12 il Milli Məclisin deputatı olduqdan sonra, həyat yoldaşı İlham Əliyev onu ölkənin Birinci vitse-prezidenti təyin edib. İndiyə qədər xanım Əliyevanın adı geyindiyi dəbdəbəli, bahalı geyimlərə görə beynəlxalq mətbuatda “Qafqazın Sofi Loreni” olaraq

çəkilirdi

. “Wikileaks”-in ölkənin birinci xanımının estetik əməliyyatları haqda yaydığı sənədlərdə

yazılır

ki, o, çox əməliyyat keçirdiyindən üz mimikaları görünməz hala düşüb və birinci ledi gülə

bilmir.

Dünyanın tanınmış

nəşrləri

Mehriban Əliyevanı böyük bizneslər və korrupsiya şəbəkəsini idarə edən “tanrıça” kimi də təqdim edirlər.

Mehriban Əliyeva kimdir?

Əliyeva Mehriban Arif qızı 1964-cü ildə Bakıda, Paşayevlər ailəsində doğulub. Babası Mir Cəlal Paşayev yazıçı, atası Arif Paşayev isə fizikdir. Uşaqlıq illərində “Danışan məktub” adlı filmdə baş rola çəkilib. 1983-cü ildə, 19 yaşında İlham Əliyevlə ailə həyatı quran Mehriban Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirib.

Övladları Arzu, Leyla və Heydərin də adı beynəlxalq aləmdə korrupsiya faktlarında hallanmaqdadır. Heydər Əliyevin Dubayda yerləşən Palma adasında on milyonluq mülkləri, qızları Arzu və Leyla Əliyevaların isə Gədəbəydəki qızıl mədənlərindən tutmuş, nəhəng telekommunikasiya şirkətləri, Londonda bahalı mülkləri var. İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra birinci xanımın da vəzifələri, gücü artmağa başlayır. Gimnastika Federasiyasının Prezidenti təyin olunan Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunu təsis edir.

Mehriban Əliyeva
Mehriban Əliyeva

Heydər Əliyev Fondu – yardım, yoxsa qaranlıq biznes şəbəkəsi?

Yardım üçün yaradılan bu fond, nə qədər şəffaf fəaliyyət göstərir? 2009-cu ildə fondun gəlirlərini sorğulayan jurnalistlərə cavab belə oldu: Heydər Əliyev Fondunun maliyyə mənbələri gizlidir!

5 ildən artıqdır həbsdə olan ReAl Hərəkatının sədri İlqar Məmmədov fondun maliyyə mənbələri haqqında mətbuata

açıqlamasında

bildirmişdi:

“Bu tip fondlar tarixən diktatura rejimli ölkələrdə mövcud olub, repressiv rejimə insanlıq donu geyindirmək məqsədi güdür. Belə fondlar heç vaxt maliyyə mənbələrini açıqlamırlar”.

13 ildir həbsdə olan eks-səhiyyə naziri Əli İnsanov məhkəmələrinin birində demişdi ki, onun vəsaiti ilə Azərbaycanda bir neçə məktəb tikilib, lakin bu işləri Heydər Əliyev Fondunun adına çıxırlar.

Fondun məqsədlərinin siyahısı geniş olsa da, ən birincilərdən yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməkdir.

OCCRP-nin

araşdırması

nəticəsində Heydər Əliyev Fondunun Rumıniyanın paytaxtında qaranlıq biznesləri ortaya çıxıb. Fond Buxarestdə qərargah açmaq üçün 7.3 milyon dollara bir rumın özəl ofşor şirkəti vasitəsilə bina alıb. Azərbaycanın prezident ailəsi isə həmin şirkətlə bağlıdır. Sözügedən şirkət sahəsi 600 kvadratmetr olan bütöv bir binanı Heydər Əliyev Fonduna tamamilə pulsuz verib və vergisiz status təqdim edib.

Mehriban Əliyevanın rəhbərliyi altında olan Heydər Əliyev Fondu dünyada onlarla layihə həyata keçirib. Bura müxtəlif ölkələrdə kilsələrin təmirindən tutmuş, tarixi abidələrin bərpasına, konsertlər, rəsm sərgiləri təşkil etməyə qədər bir çox iş daxildir. Hətta fondun maliyyə dəstəyi ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə də Rusiyada ilk abidə ucaldılıb. Buna görə Mehriban Əliyeva 2017-ci ilin sonunda Moskva və bütün Rusiyanın Patriarxı Kirill tərəfindən II dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif olunub.

Mehriban Əliyeva
Mehriban Əliyeva

Paşayevlər ailəsinin Qafqazdan dünyaya uzanan böyük biznes imperiyası

Birinci ledinin ailə üzvləri də ölkədə əhəmiyyətli vəzifə tuturlar. Bacısı Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı filialının, atası Arif Paşayev Aviasiya Akademiyasının rektorudur. Əmisi Hafiz Paşayev isə Diplomatik Akademiyanın rektoru və xarici işlər nazirinin müavinidir.

2010-cu ildə “Wikileaks” Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Donald Lu-nun ABŞ-a vurduğu teleqram sənədlərini

yayır.

Teleqramda səfirlik əməkdaşı yazırdı:

“Rusca Azərbaycancadan yaxşı danışan Paşayevlər Azərbaycanın ən qüdrətli ailəsidir”.

Teleqramda həmçinin qeyd edilirdi ki, Paşayevlər ailəsi Azərbaycanın enerji sektorundan kənardakı qüdrətli biznes qrupları ilə əlaqədədir. Sürətlə inkişaf edən tikinti və daşınmaz əmlak bazarındakı fəaliyyətləri, maliyyə və telekommunikasiya sektoruna böyük yatırımlarla tanınırlar.

Paşayevlər öz bizneslərini sirr kimi saxlamaqda maraqlı görünmürlər. Mehriban Əliyevanın qeyri-rəsmi sədrliyini etdiyi “Paşa Holdinq” Azərbaycandan, Gürcüstana, Türkiyədən Rusiyaya qədər böyük biznes şəbəkəsinin sahibidir. “Paşa Holdinq” Azərbaycanda da sahibi olduğu əmlakların adlarını elə

rəsmi saytlarında

“fəxrlə” təqdim etməkdən çəkinmir.

Mehriban Əliyeva
Mehriban Əliyeva

Paşayevlərin çəkinmədən açıqladığı əmlakları hansılardır?

Bakının ən bahalı yerlərində, ən lüks yaşayış binaları məhz “Paşa Holdinq”ə məxsusdur.


NİZAMİ RESİDENCES



PORT BAKU RESİDENCE



“ABSHERON” (“ABŞERON”) APARTAMENTLƏRİ

Bakı bulvarı ətrafında yerləşən əmlakların, otellərin və restoranların da böyük çoxluğunun məhz bu ailəyə məxsus olması heç kimə sirr deyil. Mehriban Əliyevaya məxsus holdinq gecəsi ən azı 85 manatdan başlayan ultralüks otellərin sahibidir. Bunların arasında “FOUR SEASONS”, “JW MARRİOTT ABSHERON”, INTOURİST kimi brendlər də var.


“FOUR SEASONS” OTELİ



“JW MARRİOTT ABSHERON” OTELİ



BOULEVARD HOTEL



INTOURİST HOTEL



PARK CHALET



PİK PALACE HOTEL

Holdinq bahalı istirahət məkanlarını da qeyri-rəsmi monopoliyaya alıb:


AMBURAN BEACH CLUB



BİLGƏH KLUB



BUMBLEBEE KİDS CLUB AND MONTESSORİ



MİLLİ GİMNASTİKA ARENASI



SU İDMANI MƏRKƏZİ PARK ƏRAZİSİ



THE CLUB

Mehriban Əliyeva həmçinin “Sahil”, “Çinar”, “Tosca”, “Manqal”, “Hard Rock Cafe” kimi məşhur restoranların daxil olduğu şəbəkəyə sahibdir:


SAHİL



TOSCA



ÇİNAR



AMBURAN QIŞ BAĞI



ATELİER VİVANDA



BAKI KAFESİ



BUDDHA-BAR



EL PORTALON



ELECTRA & ENERGİ LOUNGE BAR CLUB



EVDE RESTORANI (AMBURAN)



EVDE RESTORANI, (BAKI)



MARİ VANNA



MAYA VƏ LA VİDA



PARİS BİSTRO



PASİFİCO



PİVNAYA APTEKA



“HARBOUR TAP & GRİLL” RESTORANI



“MADİSON” QƏLYANALTI BAR / AMERİKANMƏTBƏXİ



“MASU ROBATAYAKİ” RESTORANI



“MOVİDA”



“MANQAL”

Xanım Əliyevaya məxsus ən gəlirli sahə isə Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycanda fəaliyyət göstərən “Paşa Bank”dır. Devalvasiyalar və bankların bağlanması fonunda “Paşa Bank” böyüməyə və varlanmağa davam edir.

Mehriban Əliyeva və komandası
Mehriban Əliyeva və komandası

Birinci vitse-prezidentin komandasında kimlər təmsil olunur?

Mehriban Əliyevanın ətrafında olan komandanın “islahatçı” və “yenilikçi” kimi təqdim edilməsinə səbəblərdən birincisi, onların xaricdə təhsil alması göstərilir. Bəs həqiqətən xanım Əliyevanın yaxın ətrafında, işlərini idarə edən bu şəxslər xaricdə təhsil alıb?

Birinci vitse-prezidentin yaxın ətrafı heç də xüsusi qabiliyyətlərinə görə bu vəzifələrdə yer almırlar. Onlar həm də yüksək ranqlı məmurların övladlarıdır.

Xanım Əliyevanın ən “parlaq” kadrı kimi təqdim

edilən

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov vitse-prezidentin köməkçisidir. 1998-ci ildə Bakıda Qərb Universitetində təhsil almış Ələkbərov vergilər nazirinin müavini Sahib Ələkbərovun oğludur. Atası Sahib Ələkbərov vaxtilə Azərbaycan SSR-in komsomol katibi olub və adı o dövrdə komsomoldan qalan əmlakların ələ keçirilməsi ilə məşhur idi.

Birinci vitse-prezidentin digər köməkçisi Fariz Rzayev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

Eyni akademiyanı bitirmiş vitse-prezidentin digər

köməkçisi

Yusuf Məmmədəliyev adı korrupsiya faktlarında hallanan Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun kürəkənidir.

Birinci vitse-prezidentin Katibliyinin rəis müavini Mehdi Dadaşov isə Ombudsman Elmira Süleymanovanın

oğludur.

Başqa bir köməkçi Elçin Əmirbəyovun Harvard universitetində magistr təhsili aldığı haqda məlumatlar yayılsa da, o sadəcə həmin universitetdə qısa müddətli kursda

iştirak edib.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, hakimiyyət bu təbliğatla maskasını dəyişmək istəyir:

“Bu adamlar hətta “gül-çiçək” olsalar belə, indiki korrupsioner rejim onları mütləq yeyəcək və üstündən də su içəcək”.

Birinci vitse-prezident olandan sonra nə dəyişdi?

İlham Əliyev 2017-ci il fevralın 21-də Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu təyinatı şərh edərkən deyir ki, dövlət başçısının süni bir vəzifə yaradıb, saxta referendum yolu ilə öz xanımını ora təyin etməsi rüsvayçılıqdır. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını sərt tənqid edən “FOX TV” Azərbaycan ərazisində dərhal qapadılır, bu təyinatı ələ salan “SHOW Radyo” isə Türkiyədə cəzalandırılır.

Vitse-prezidentliklə bağlı yumor xarakterli sorğu edən bloger Mehman Hüseynov 2017-ci ilin martında həbs edilir. Apreldə “Kanal-13”- televiziyası qapadılır və direktoru Əziz Orucov həbsə atılır. Mayda xanım Əliyeva və ailəsi haqqında korrupsiya araşdırmaları dərc edən media qurumları Meydan TV, Azadlıq Radiosu, “Azadlıq” qəzeti və Turan TV-nin saytları ölkə ərazisində bloklanır. Daha sonra jurnalist Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilir və ağır ittihamlarla dəmir barmaqlıqlar arxasına salınır.

Ölkədə azad mediaya göstərilən ağır təzyiqlərin fonunda Mehriban Əliyeva “Trend” agentliyi, ARB, Lider, ATV kimi böyük media qurumlarını, sosial şəbəkələrdə isə “Belə-belə işlər” səhifəsini qeyri-rəsmi şəkildə maliyyələşdirir və rəhbərlik edir.

İctimaiyyət nümayəndələri və beynəlxalq təşkilatlara görə Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra nəticə belə oldu:

Ölkədə insan haqları, demokratiya və söz azadlığının durumu daha da ağırlaşdı.




Mənbələr:



OCCRP



Azadlıq Radiosu



Wikileaks



The Guardian



Washington Post



Hürriyet.com.tr



Pasha-holding.az



Mehriban-aliyeva.az

Ana səhifəAraşdırmaMehriban Əliyeva kimdir? [BİOQRAFİYA]