”Mehmanın həbsini eşidəndə çökdüm”

“Biz, gənc nəsil Elmar Hüseynova baxaraq onu özümüzə örnək götürürük. Mən şəxsən Elmar Hüseynovu özümə “kumir” bilirəm”.

Video bloger Mehman Hüseynov həbs edilməmişdən bir gün öncə qətlə yetirilən Elmar Hüseynovun qəbri üstündə bu nitqi deyirdi. Növbəti gün Suraxanı Rayon Məhkəməsində hökm oxundu. Mehman Hüseynov polis rəisinin şikayəti ilə 2 il müddətinə həbsə göndərildi.

 “Nəfəs ala bilmirdim. Bunu da (əlindəki köynəyi göstərir) başıma keçirmişdilər. Elektroşokla ayağıma vurdular, maşına apardılar”

Hər şey bu çıxışdan sonra başladı. Mehman Hüseynov 9 yanvarda həbs olunmuşdu. O, “Polisin qanuni əmrinə tabe olmamaq” da ittiham olunaraq 200 manat cərimələndi. Məhkəmənin bu qərarından sonra azad edilən bloger jurnalistlərə işgəncəyə məruz qaldığını dedi. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovla bağlı  xüsusi ittiham qaydasında məhkəməyə şikayət etdi. O, blogeri Cinayət Məcəlləsinin “Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq”da ittiham edirdi. Məhkəmə bu ittihamla Mehmanı 2 il azadlıqdan məhrum etdi.

Media üzrə ekspert Xalid Ağalıyev deyir ki, blogerin həbsi ifadə azadlığı hüququnun pozuntusudur. O bildirir ki, Mehman Hüseynovun böhtan maddəsi ilə həbsi neçə illərdir Milli Məclisdə qəbuluna çalışdıqları “Diffamasiya haqqında” qanunun qəbul olunmamasından da irəli gəlir.

Mehman Hüseynovun sonuncu video paylaşımı vitse-prezidentliklə bağlı olub. Ölkə başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə gətirməsindən sonra o, əhali arasında sorğu keçirib.

Mehman Hüseynovun yaratdığı “Sancaq production” səhifəsinin 300 mindən çox izləyicisi var. Səhifədə sosial problemlər, nazirlərə, deputatlara məxsus olduğu iddia olunan mülklər göstərilir.

Mehman Hüseynov həbsini blogerlik işi ilə bağlayır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə deyir ki, bu həbsi siyasiləşdirmək lazım deyil: O, Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdlərini yolverilməz sayır.

Şəhər sakinlərindən soruşduq ki, Mehman Hüseynovun həbsi barədə nə düşünürlər. Video bloger niyə həbs olunub?

2016-cı ilin sentyabrında Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Aydın Hüseynov Facebook”da yayımlanan “Sancaq production” səhifəsinin qapadılmasını təklif etmişdi. Amma ölkə başçısı İlham Əliyev çıxışlarında ölkədə internetin azad olduğunu bildirir.

24 beynəlxalq insan haqları təşkilatı Azərbaycan hökumətindən bloger ,Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun dərhal azad edilməsini tələb edir.

Ana səhifəVideo”Mehmanın həbsini eşidəndə çökdüm”