Mehman Sadıqov: Əsgərin intihar səbəbi araşdırılır

O bildirib ki, hadisə mayın 31-də gecə saat 2 radələrində baş verib

Source: abzas.net


"Məhəmməd Əliyev keşikçi qülləsində intihar edib"

"Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgərinin intihar etməsi barədə yayılan məlumat doğrudur".

Bu barədə Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov Meydan TV-yə deyib.

O bildirib ki, hadisə mayın 31-də gecə saat 2 radələrində baş verib: "Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər Məhəmməd Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib".

Mehman Sadıqov deyib ki, intiharın səbəbləri araşdırılır: "Bakı Hərbi Prokurorluğunun tərəfindən araşdırma aparılır".

O, intihar edən Məhəmməd Əliyevin 2003-cü il təvəllüdlü olduğunu bildirib.

Ana səhifəSosialMehman Sadıqov: Əsgərin intihar səbəbi araşdırılır