Mehman Hüseynovu müdafiə edənlər haqda qərar verilib

Yeddi gənc məhkəmə qarşısına çıxarılıb

Source:


Yeddi gənc məhkəmə qarşısına çıxarılıb

Yasamal Rayon Məhkəməsində yanvarın 7-də bloger Mehman Hüseynovun müdafiəsi ilə bağlı aksiya keçirən bir qrup gənc barədə qərar çıxarılıb.

Onlar yanvarın 6-da məhkəmə qarşısında həbs olunublar. Həbs edilənlər Bəxtiyar Məmmədli, Mete Türksoy, Yaşar Xaspoladov, Elçin Rəhimzadə, İsmayıl Nadirli, Qoşqar Əhmədov və Orxan Məmmədov haqda bugün qərar çıxarılıb.

Məhkəmə İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1  (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddəsinə əsasən Mete Türksoy 25 sutka inzibati cəza alıb.

İXM-nin 513.2 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddəsi ilə ittiham olunan İsmayıl Nadirli, Qoşqar Əhmədov 20 sutka azadlıqdfan məhrum edilib. Bəxtiyar Məmmədovun, Orxan Məmmədovun, Elçin Rəhimzadənin 400 manat, Yaşar Xaspoladovun isə 450 manat cərimə olunması barədə qərar çıxarılıb.


Yanvarın 6-da

bir qrup gənc bloger Mehman Hüseynovun və digər məhbusların azad edilməsi məqsədilə Bakı Apelyasiya Məhkəməsinin qarşısında piket keçirməyə cəhd edib.

Aksiya təşkilatçılarından Mete Türksoy Meydan TV-yə deyib ki, onların məqsədi daxili və xarici ictimaiyyəti Azərbaycanda siyasi məhbus probleminə yönləndirməkdir.

Bundan əvvəl

bir qrup ictimai fəal

da Mehman Hüseynova dəstək məqsədi ilə aksiya keçirib. İştirakçıların 8 nəfəri məhkəmə tərəfindən inzibati həbsə və pul cəriməsinə məruz qalıblar.

Mehman Hüseynov 11 gündür aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir.Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Ana səhifəXəbərlərMehman Hüseynovu müdafiə edənlər haqda qərar verilib