Aksiya “Məhsul” stadionunda olacaq
Yanvarın 15-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurası və AXCP-nin birgə mitinqinə razılıq verib.
Bloger Mehman Hüseynova dəstək üçün keçirilməsi planlaşdırılan mitinq yanvarın 19-u saat 15:00-da “Məhsul” stadionunda olacaq.
Müsavat Partiyası da Mehman Hüseynova dəstək mitinqi keçirmək
istəyirdi.
Ancaq BŞİH buna icazə verməmişdi.
AXCP sədri Əli Kərimli isə bütün siyasi qüvvələri bu mitinqdə iştirak etməyə çağırıb:
“Ölkədəki repressiyaya dayan “dur” demək istəyən bütün müxalif qüvvələr bu mitinqə qoşulsun”.