None

Mənbə: 

Mehman Hüseynov üçün aksiya edən şəxslər inzibati cəza alıb (yenilənib)

***

AXCP Salyan rayon şöbəsindən Meydan TV-yə bildiriblər ki, Əlizamin Salayevin oğlu Murad Salayev sərbəst buraxılsa da, özü 25 sutka, digər aksiya iştiraçısı Tariyel Məlikzadə isə 20 sutka inzibati cəza alıb. Rayon məhkəməsi onları İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə ittiham edib. 

*** 

''Oğlum aksiyanı telefona çəkirdi''

AXCP Salyan rayon şöbəsinin üzvü Əlizamin Salayevin oğlu Murad Salayev yanvarın 11-də saxlanılıb.

Səbəb onun bloger Mehman Hüseynova dəstək aksiyasında iştirakıdır.

Bu barədə Meydan TV-yə Əlizamin Salayev deyib:

“Yanvarın 10-da aksiyanı rayonun girişində mən təşkil etmişəm, oğlum isə telefonla çəkirdi. Heç bir xəbərdarlıq etmədən 17 yaşlı oğlumu aparıblar. Sonra mənə rayon polis idarəsindən zəng edib, onun polisdə olduğunu dedilər”.

Meydan TV Ə.Salayevə zəng edilən nömrəylə əlaqə saxlayıb. Telefona cavab verən polis bildirib ki, onun nömrəsindən zəng edilib, amma heç nədən xəbəri yoxdur.

Bu, Mehman Hüseynova dəstək məqsədi ilə keçirilən ilk belə aksiya deyil.

Yanvarın 3-ü və 6-da Bakıda blogeri dəstəkləyən hüquq müdafiəçiləri və gənc fəallar aksiya keçiriblər. Nəticədə onların bir qismi inzibati həbsə məruz qalıblar.

Mehman Hüseynova dəstək məqsədi ilə Berlində də aksiya təşkil edilib.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8jn6t7

Ən çox baxılan