Məhkəmədə Kamal Abdullanın vəkili ilə Əvəz Zeynallı arasında dava düşüb

Hakim rektorun nümayəndəsi olan Muxtar Mustafayevi məhkəmə zalından çıxardı

Source:


Hakim rektorun nümayəndəsi olan Muxtar Mustafayevi məhkəmə zalından çıxardı

Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla ilə keçmiş işçilər – Vüsalə Ağabəyli, Pərvin Mürsəlova və Elmira Baxşəliyeva, eləcə də bu şəxslərin şikayətlərini, dövlət orqanlarına məktublarını yayımlayan “xural.com” saytının baş redaktoru Əvəz Zeynallı arasındakı məhkəmə prosesi qalmaqalla başlayıb.

Avqustun 1-də Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəməyə Kamal Abdulla özü gəlməyib. Qarşı tərəfdən universitetin filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı V.Ağabəyova da sağlamlığı ilə bağlı problemlərə görə ölkədə olmadığından iştirak edə bilməyib.

Məhkəmədə Əvəz Zeynallı ilə Kamal Abdullanın nümayəndəsi, vəkil Muxtar Mustafayev arasında dava düşüb. Vəkilin hələ hazırlıq iclasında cavabdehlərə “yazdıqlarınıza görə quzu balası kimi təkzib verəcəksiz” deməsi onların sərt etirazına səbəb olub.

Əvəz Zeynallının “sən kimsən ki, məhkəmənin yerinə əvvəldən qərar verirsən?” deməsinə vəkil təhqiramiz ifadə ilə cavab verib. Əvəz Zeynallı da eyni ifadəni ona qaytarıb. Nəticədə tərəflər arasında mübahisənin əlbəyaxa həddinə çatdığını görən hakim Emin Əliyev vəkil Muxtar Mustafayevi zaldan çıxararaq, özü də müşavirə otağına gedib.

image_from_ios.jpg
Elmira Baxşəliyeva

Əvəz Zeynallı hazırlıq iclasının təxirə salınması barədə vəsatət qaldırıb. Bildirib ki, Kamal Abdullanın nə ilkin iddiası, nə də sonradan iddiaya edilən əlavələr ona çatmayıb. O, həmin sənədləri məhkəmənin hazırlıq iclasında alıb. Bu üzdən tanış olmaq üçün vaxt istəyib.

Onun vəsatəti təmin edilib və məhkəmə avqustun 9-na qədər təzirə salınıb.

Kamal Abdulla Əvəz Zeynallıdan üzr istəməsini, 10 min manat da təzminat tələb edir. Ə.Zeynallının rəhbərlik etdiyi saytda yayımlanan, Azərbaycan Dillər Universiteti və şəxsən onun özü haqqında yazıların böhtan olduğunu iddia edən Kamal Abdulla baş redaktorla yanaşı, universitetin filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı Vüsalə Ağabəylidən 5 min manat, bir müddət əvvəl işdən çıxarılmış müəllim Pərvin Mürsəlova və uzun illər bu universitetin kadrlar şöbəsində işləmiş Elmira Baxşəliyevanın hər birindən 3 min manat istəyir. O, həmçinin Əvəz Zeynallının üzərinə yazıların silinməsi, cavabdehlərin hər birinin üzr istəməsi tələbinin qoyulmasını istəyir.

Ana səhifəXəbərlərMəhkəmədə Kamal Abdullanın vəkili ilə Əvəz Zeynallı arasında dava düşüb