Məhkəmədə jurnalistə “stop qoyulması” tələb olunub

Prezident seçkisindən hazırladığı materiala görə jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması üçün məhkəməyə müraciət olunub. Jurnalist 251 saylı məktəbin keçmiş direktor müavini Elmira Alandarovanın iddiası ilə məhkəməyə verilib. Ondan sujetə görə üzr istənilməsi və internet resurslarından “Karuselə nəzarət edən direktor müavini” başlıqlı videonun silinməsi tələb olunur.

Sözügedən videoda Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür.

Sevinc Vaqifqızının vəkili Zibeydə Sadıqova jurnalistə hazırladığı xəbərə görə üzr istənilməsi tələbinin qoyulmağının Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı maddəsinə uyğun hesab etmir.

Elmira Alandarovanın həyat yoldaşı və nümayəndəsi Rafət Qasımov  jurnalisti saxta məlumatı yaymaqda ittiham edir.

Sevinc Vaqifqızı nəticədən asılı olmayaraq seçki ilə bağlı hazırladığı sujetə görə üzr istəməyəcəyini deyib.  

Növbəti məhkəmə prosesi 8 fevrala təyin olunub.

Ana səhifəVideoMəhkəmədə jurnalistə “stop qoyulması” tələb olunub