Həkimlərin məsuliyyətə cəlb olunması haqda vəsatət rədd olunub
Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
Dörd şahid dindiriləndən sonra vəkillər həkimlərin məsuliyyəti və əlavə şahidlərin dindirilməsilə bağlı vəsatət qaldırıb. Vəsatət təqsirləndirilənlərlə hakim arasında mübahisə yaradıb. Ardınca mühafizəçilər mübahisəni sakitləşdirə bilmədiklərindən zala bibər qazı buraxıblar.
Beləliklə, vəsatət baxılmamış saxlanılaraq prosesin fevralın 9-da keçiriləcəyi elan edilib.
Meydan TV-nin bildirdiyinə görə, təqsirləndirilənlərin qohumları etirazlarını ifadə etmək üçün Prezident Administrasiyasına gediblər.