Fevralın 25-də araşdırmaçı jurnalist Xədicə İsmayıl növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dindirilməyə çagrılıb.
Xədicə İsmayıl bu dəfə öz noutbukun da gətirib. İstintaq zamanı onun email ünvanı, facebook və skayp yazışmalarına baxılıb. Jurnalist deyir ki, istintaqda onun elektron daşıyıçılarını yoxlamat üçün 19 fevral məhkəmə qərarının olduğu məlum olub.Amma məhkəmə qərarının hansı əsaslara görə verilməsi aydın deyil. Jurnalist qərara etiraz ediəcəyini bildirib. Dindirilmədə yenə də “Art Garden” restoranında keçən görüşlər barəsinsə suallar verilib və hansı dövlət sirrinin ABŞ diplomatlarlına ötürüldüyü soruşulub. Jurnalist növbəti dəfə idarəyə çağrılacağı barədə məlumatının olmadığını deyib