Məhkəmə Tibbi Ekspertiza Murad Ədilov haqqında müsbət rəy verib

Müstəntiq həmin rəylərlə bugünlərdə tanış olacaq və yaxın 10 gündə istintaq başa çatacaq

Source:


Müstəntiq həmin rəylərlə bugünlərdə tanış olacaq və yaxın 10 gündə istintaq başa çatacaq

AXCP Sabirabad Rayon Təşkilatının üzvü Murad Ədilovla əlaqədar Nərimanov Rayon Məhkəməsinin 25 noyabr ev dustaqlığına buraxılması vəsatətini təmin etməməsindən apellyasiya şikayəti verilib.

Bu barədə Meydan TV-yə açıqlama verən vəkil Yalçın İmanov bildirdi ki, Murad Ədilov haqqında Məhkəmə Tibbi Ekspertizanın rəyi müsbət olub. Rəyə əsasən Murad Ədilovun narkotik asılılığı və məcburi müalicəyə ehtiyacı da yoxdur.

Vəkil bildirdi ki, müstəntiq həmin rəylərlə bugünlərdə tanış olacaq və yaxın 10 gündə istintaq başa çatacaq.

Murad Ədilov avqustun 11-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kəndində həbs olunub. Saxlanılan zaman ona işgəncə verildiyi bildirilir.

Murad Ədilov vicdan məhbusu və Sakarov Mükafatı laureatıdır.

Ana səhifəXəbərlərMəhkəmə Tibbi Ekspertiza Murad Ədilov haqqında müsbət rəy verib