Məhkəmə tələbəni dekan müavinin şikayəti əsasında cəzalandırıb

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi 1 il islah işlərinə məhkum edilib

Source:


Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi 1 il islah işlərinə məhkum edilib

Yasamal Rayon Məhkəməsində noyabrın 8-də Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

Z.Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib. Bundan sonra N.İsmayılzadə məhkəməyə müraciət edərək onun böhtan atma (Cinayət Məcəlləsinin 147.2-ci maddəsi) və təhqir etmə (Cinayət Məcəlləsinin 148-ci maddəsi) ilə  cəzalandırılmasını istəyib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə  qərar elan edilib. Qərara görə, Z.Mirağayevə 148-ci maddə ilə bəraət verilib. Digər maddə üzrə isə 1il islah işləri cəzasına məhkum edilib. Onun aylıq gəlirinin 15 faizi də tutulacaq.

N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

Ana səhifəXəbərlərMəhkəmə tələbəni dekan müavinin şikayəti əsasında cəzalandırıb