Məhkəmə Rəsul Cəfərovu ev dustaqlığına buraxmadı

Müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir

Source:


Müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir

Dekabrın 10-da Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Cəfərov avqustun 2-də həbs edilib. Ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.

Amnesty İnternational Rəsul Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərMəhkəmə Rəsul Cəfərovu ev dustaqlığına buraxmadı