Məhkəmə məcburi köçkünlərin vəsatətini təmin etməyib

Vəkil: “Apelyasiya şikayəti verəcəyik”

Source:

Martın 9-da Cəbrayıl rayon Məhkəməsində Biləsuvarda işıqlarının kəsilməsinə etiraz edən Cəbrayıl köçkünlərinin işinə baxılıb. Məhkəmə onların ev dustaqlığına buraxılmaları barədə vəsatəti təmin etməyib.

Azadlıq Radiosuna danışan vəkil Elçin Sadıqov deyib ki, rayon məhkəməsi vəsatətin təmin olunmamasının səbəbi barədə heç nə bildirmir:

“Sadəcə yazır ki, vəsatətə baxılıb və təmin olunmaması qərara alınıb”.

Elçin Sadıqov məhkəmənin bu qərarından apelyasiya şikayəti verməyə hazırlaşdığını bildirib. O, həbs edilən 5 məcburi köçkündən birinin, Cəlal Quliyevin vəkilidir.

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər.

Əvvəlcə aksiyada iştirak edən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıldı. Sonra onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürüldü.

Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verildi. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı çıxarılıb.

Ana səhifəXəbərlərMəhkəmə məcburi köçkünlərin vəsatətini təmin etməyib