”Məhkəmə İlqar Məmmədov azadlığa çıxana qədər uzana bilər” (VİDEO)

Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

Prosesdə İlqar Məmmədovun vəkili Fuad Ağayev çıxış edib. O, bildirib ki, İ. Məmmədovun barəsində Avropa Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi qətnamə qəbul edib: “Bütün sənədlərdə İlqar Məmmədovun yubanmadan azadlığa buraxılması tələb olunur”.

Daha sonra çıxış edən Tofiq Yaqublunun vəkili Nemət Kərimli isə prosesin həddindən artıq uzanmasına etiraz edib.

Ana səhifəVideo”Məhkəmə İlqar Məmmədov azadlığa çıxana qədər uzana bilər” (VİDEO)