Məhkəmə Əlayif Həsənovu 240 saatlıq ictimai işə cəlb etdi

“Bu qərar vəkillik fəaliyyətimə və Leyla Yunus müdafiə etməyimə əngəl törədə bilməz”

Source:


“Bu qərar vəkillik fəaliyyətimə və Leyla Yunus müdafiə etməyimə əngəl törədə bilməz”

Noyabrın 6-da  Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Nuriyyə Hüseynovanın (L.Yunusun keçmiş kamera yoldaşı) iddiası əsasında vəkil Əlayif Həsənova qarşı məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, vəkil N.Hüseynovanın təcridxanada Leyla Yunusa qarşı fiziki zorakılıq etməsi haqda mətbuata açıqlama vermişdi. Onun açıqlaması “Azadlıq” qəzetinin 2014-cü il 17 sentyabr sayında dərc olunuşdu. Sonradan N.Hüseynova vəkilin onu “cinayətkar”, “residivist” adlandırmasını “təhqir olunması” kimi qəul edib.

Məhkəmə Ə.Həsənovu 240 saatlıq ictimai işə cəlb etmək haqda qərar çıxarıb.

Ə.Həsənov məhkəmə qərarını ədalətsiz və qanunsuz adlandırıb. Onun sözlərinə görə, Yasamal rayin məhkəməsinin ümumiyyətlə bu işə baxmaq hüququ olmayıb.

Ə.Həsənov qərardan şiakyət verərək işi Avropa məhkəməsinə qədər aparmaq niyyətindədir.

“Bu qərar vəkillik fəaliyyətinə və Leyla Yunus müdafiə etməsinə əngəl törədə bilməz”,-deyə o, bildirib

Ana səhifəXəbərlərMəhkəmə Əlayif Həsənovu 240 saatlıq ictimai işə cəlb etdi