Məhəmməd Talıblı: Büdcənin ”təhlükəsizlik yastığı”nın havası boşalır

”DNF-siz dövlət büdcəsi özünün gəlirinin ən yaxşı halda yalnız 62 faizini təmin edə bilir”

Source:
Məhəmməd Talıblı foto Meydan TV
Məhəmməd Talıblı foto Meydan TV


”DNF-siz dövlət büdcəsi özünün gəlirinin ən yaxşı halda yalnız 62 faizini təmin edə bilir”

“Növbəti ilin dövlət büdcəsinə Dövlət Neft Fondundan (DNF) götürülən vəsaitin məbləği 6,1 milyard manat olacaq. Bu məbləğ cari ilin dövlət büdcəsinə ediləcək transfer 7 milyard 615 milyon manatdan təxminən 1,5 milyard manat azdır. Deməli, DNF-dən dövlət büdcəsinə ediləcək transferin nisbətində 20 faiz azalma baş verəcək. Düzdür, bunu bəzi rəsmilər büdcənin neftsiz ayaqüstə durmasına hazırlıq və asılılığın azalmasının bir məqsədyönlü siyasəti kimi xarakterizə etmək istəyir. Amma mən bununla razı ola bilmirəm”.

Bu açıqlamanı iqtisadçı Məhəmməd Talıblı “Facebook” səhifəsində paylaşıb.

M.Talıblı hesab edir ki, təxminən 16 milyardlıq (15,995 mlrd.) büdcənin 6,1 mlrd. manatının büdcənin heç bir səmərli olmayan fiskal siyasəti hesabına təmin edilməsi az deyil: “Çünki bu məbləğ büdcə gəlirlərinin 38,1 faizi deməkdir. Bu isə o deməkdir ki, DNF-siz dövlət büdcəsi özünün gəlirinin ən yaxşı halda yalnız 62 faizini təmin edə bilir. Bu isə kənar dəstək olmadan büdcə dayanıqlığı modelinə uyğun gəlmir.

İkincisi, əvvəlki illərə ekskursiya etməyə gərək var. 2003-cü ildə dövlət büdcəsinə DNF-dən cəmi 100 milyon manat səviyyəsində, 2008-ci ildə 3,8 milyard manat və nəhayət, 2014-cü ildə 9 milyard 337 milyon manat səviyyəsində transfer edilmişdi. 2001-ci ildən başlayaraq ötən ilə qədər DNF özünün gəlirlərinin 91 faizini dövlət büdcəsinə köçürməklə onun kəsir risklərinin aradan qaldırılmasını kompensasiya edib. Deməli, növbəti ildəki məbləğ ötən illə müqayisədə azalma kimi görünsə də, amma DNF-nin yenicə yarandığı vaxtlarla müqayisədə 60 dəfə böyük həcmdə vəsaitin köçürülməsinə nail olur və fondun gəlirlərinin büdcə vasitəsilə xərclənməsindən yararlana bilib.

Üçüncüsü, növbəti ildə DNF-nin özünün gəlirlərinin azalması fonunda dövlət büdcəsinə köçürmələrdə də qənaət etməyə məcbur olacaq. Bu məqsədli olaraq tranfertlərin limitləşmə siyasətinin məntiqi davamı yox, DNF-nin özünün gəlir mənbələrinin azalması ilə bağlıdır. Necə deyərlər, çoxdan çox verirdi, indi də azdan az verəcək. Başqa sözlə, DNF əvvəlki illərdə dövlət büdcəsinin “təhlükəsizlik yastığı” idisə, indi onun özü qəza keçirdiyindən “havası” boşalıb”.

Ana səhifəXəbərlərMəhəmməd Talıblı: Büdcənin ”təhlükəsizlik yastığı”nın havası boşalır