”Məhbus ”OMON”-çunun sol tərəfi iflic olub”

Vəkil: “Məhkuma lazımi tibbi xidmət göstərilmir”

Source:
Elçin Əmiraslanov
Elçin Əmiraslanov


Vəkil: “Məhkuma lazımi tibbi xidmət göstərilmir”

Vəkil Elçin Sadıqov oktyabrın 25-də Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında saxlanılan ömürlük məhkumlar, keçmiş “OMON”-çular – Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovla görüşüb.

Bu barədə o, “Facebook” sosial şəbəkəsində məlumat paylaşıb. Vəkil Elçin Əmiraslanovun sol tərəfinin iflic olduğunu bildirib:

“Sol qolunu hərəkət etdirə bilmir. Son vaxtlar epilepsiya qıcolmaları artıb”.

Vəkil deyir ki, həbsxanada saxlanıldığı dövrdə hepatit C virusuna yoluxan məhkuma lazımi tibbi xidmət göstərilmir, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür.

Onun sözlərinə görə, Səfa Poladov və Arif Kazımovun da səhhətləri pisdir. Həbsdə olduqları müddətdə dəfələrlə əməliyyat olunublar. Hazırda ağır dərəcəli şəkərdən əziyyət çəkirlər.

İş vaxtı bitdiyindən Meydan TV Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilməyib.

Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib.

Ana səhifəXəbərlər”Məhbus ”OMON”-çunun sol tərəfi iflic olub”