Məhbus atası: Oğluma işgəncələrə son qoyulmasa, Ermənistana köçəcəm

Kim Şahin Əliyevə mənim uşağıma işgəncə vermək ixtiyarı verib, buna bir son qoyulsun.

Source: meydan tv

''Kim Şahin Əliyevə mənim uşağıma işgəncə vermək ixtiyarı verib, buna bir son qoyulsun"

13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Kənan Mayılzadə adlı məhbus işgəncəyə məruz qalır. Ona işgəncəni müəssisənin rəisi Şahin Əliyev verir.

Bunu Meydan TV-yə Kənan Mayılzadənin atası Asif Mayılov danışıb.

Asif Mayılov oğluyla mayın 7-də telefon əlaqəsi saxlayıb:

“Müəssisəyə 3-4 gündür ki, yeni rəis təyin edilib – Şahin Əliyev. O, oğluma işgəncə verir, təhqir edir. Yenidən həbsxanadan zəng gəldi ki, rəis oğlunu öldürür. Bunu mənə deyəndən sonra oğluma gün verib, işıq vermir. Kim Şahin Əliyevə mənim uşağıma işgəncə vermək ixtiyarı verib, buna bir son qoyulsun. Mən prezidentə müraciət edirəm, oğlumu şikəst edəndən sonra nəyimə lazımdır daha. Əgər bu işgəncələrə son qoyulmasa, mən ailəmi də götürüb İrana, ordan da Ermənistana köçəcəm”.

Meydan TV Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlamaq cəhdi alınmayıb.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatorlardan olan Səadət Bənənyarlı bu barədə araşdırma apardığını bildirib.

Kənan Mayılzadə 2013-cü ildə Cinayət Məcəlləsinin 120.1 maddəsi (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. O 6 ildir cəza çəkir.

Ana səhifəXəbərlərMəhbus atası: Oğluma işgəncələrə son qoyulmasa, Ermənistana köçəcəm