Məhbus ailələri MTN-çilərdən şikayətçidir

Yaxınlarımız Azərbaycan vətəndaşları olsalar da, “beynəlxalq transmilli mütəşəkkil dəstə” adlandırılaraq məhkum olunublar”

Source:


Yaxınlarımız Azərbaycan vətəndaşları olsalar da, “beynəlxalq transmilli mütəşəkkil dəstə” adlandırılaraq məhkum olunublar”

Bu gün məhbus Emin Zəkiyevin anası və Elçin Abdullayevin həyat yoldaşı Şəfiqəxanım Abdullayeva mətbuat konfransı keçiriblər.  Onlar yaxınlarının haker kimi Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşları tərəfindən həbs olunduğunu deyirlər.

Şikayətçilər Elçin Abdullayev və digərləri barəsində aparılan istintaqın qeyri-qanuniliyindən danışıblar. Şəfiqəxanım Abdullayevin sözlərinə görə, həyat yoldaşı Elçin Tariyel oğlu Abdullayevə, Emin Tahir oğlu Zəkiyevə, Rövşən Ələsgər oğlu Qəniyevə, Mikayıl Elşad oğlu Dadaşlıya  aid edilən əməl CM-nin 177-ci maddəsi ilə “oğurluq” hesab olunsa da, Sahib Ələkbərov və onun rəhbərliyi maddi maraqlarına görə istintaqı DİN-in müvafiq qurumuna verməyiblər: “Ölkə vətəndaşları olsalar da, ittiham yalnız onlara verilsə də, ittiham aktı və hökmdə heç bir  ABŞ, Rusiya Federasiyası, Hindistan vətəndaşının adı olmasa da, onlar “beynəlxalq transmilli mütəşəkkil dəstə” adlandırılaraq məhkum olunublar”.

Bundan başqa, qadın iddia edib ki, istintaq zamanı Rəhman Musayevi də həbs edən, özü də dəstənin başçısı adlandıran Sahib Ələkbərov ona davamlı təzyiq göstərərək, külli miqdarda pulunu alıb və qətimkan tədbirini dəyişib.

“Nəticədə yeni dünyaya gəlmiş övladı olan Elçinin, anası onkoloji xəstə olan Eminin, xəstə olan Rövşən və Mikayılın qətimkan tədbirini dəyişməkdən imtina etdilər” – deyib N.Abdullayeva.

Konfransda o da vurğulanıb ki, Sahib Ələkbərov Azərbaycan Beynəlxalq Bankının əməkdaşları ilə cinayət əlaqəsinə girib, onların Elçin və Eminin əməli nəticəsində 6 180 manat ziyan çəkdiyini yazaraq, 6 180 manatın Elçin və Eminin ailəsi tərəfindən ödəməyə məcbur edərək, mənimsəyiblər: “Halbuki çoxsaylı tələblərimizə baxmayaraq, nə istintaqda, nə də məhkəmə zamanı Azərbaycan Beynəlxalq Bankı tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb. Heç bir cinayət epizodu göstərilmədən xarici bank və ya fiziki şəxsin şikayəti, iddiası, hətta adı  olmasa da, Sahib Ələkbərov Elçin Abdullayevin 140 000, Emin Zəkiyevin isə 40 000 manat mənimsədiyini yazaraq onları sübutsuz külli miqdarda özgə əmlakını mənimsəməkdə ittiham edib. Onların ailə üzvlərinin “axı heç bir zərərçəkən yoxdur, yaxşı, göstərin bizə zərərçəkənləri, evimizi sataq ödəyək” deyəndə Sahib Ələkbərov pulun ona ödənməsini tələb edirdi”.

Zərərçəkmişlərin ailə üzvləri onların azadlığa buraxılmasını tələb edirlər. Onlar əsas kimi bu əməlləri törətmiş MTN işçilərinin ifşa olunduğunu və həbsxanada olduqlarını bildirirlər.

Ana səhifəXəbərlərMəhbus ailələri MTN-çilərdən şikayətçidir