Elçin Şıxlı bu görüşdən önəmli nəticə gözləmir
Mayın 19-da “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun sədr Emin Hüseynov, jurnalist Xədicə İsmayıl, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Media Hüquq İnstitunun kordinatoru Xalid Ağaliyev Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexlə görüşüblər.
Meydan TV-yə görüş barədə məlumat verən “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, söhbət zamanı həbs olunmuş jurnalist Rauf Mirqədirovun və qəzetinin yaşadığı ağır durumdan həmməruzəçiləri məlumatlandırıb: “O cümlədən, həmkarlarım Emin Hüseynov, Xədicə İsmayılova Rauf Mirqədirovun qanunsuz həbsindən danışdılar. Ümumilikdə mətbuatın durumu barədə məlumat verildi”.
Elçin Şıxlı bu cür görüşlərdən önəmli nəticə gözləmədiyini dedi: “Əvvəlki görüşlərdə nəticə olmuşdumu? Yalnız o ola bilər ki, hansısa hesabatlarında bir cümlə ilə jurnalistlərin şikayətlərindən yazacaqlar”.