Mədət Quliyevə general-leytenant rütbəsi verilib

MTN-in birinci müavininə rütbə verildi

Source:

MTN-in birinci müavini vəzifəsinə gətirilən Mədət Quliyevə rütbə verilməsi ilə bağlı İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

Qeyd edək ki, Mədət Quliyev MTN-in birinci müavini vəzifəsinə dünən 20 Oktyabrda gətirilib.

Mədət Quliyev 2005-ci ildən polis general-mayoru rütbəsini daşıyırdı. 2011-ci ildən Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edildikdən 1 il sonra ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ana səhifəXəbərlərMədət Quliyevə general-leytenant rütbəsi verilib