“Təkcə cənab nazir müavininin “inbox”na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb”
Milli Təhükəsizlik Nazirliyinin birinci müavini Mədət Quliyev Facebok səhifəsini bağlayıb. Məlumatı Pentinsiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yaşar İsakov öz Facebook səhifəsində paylaşıb.
Yaşar İsakov bildirib ki, oktyabrın 23-də gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi Facebook səhifəsini bağlayıb: “Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin “inbox”na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq Facebook səhifəsini bağlamaq qərarına gəlib”.