Mədət Quliyev: 500-dən artıq əməkdaş xidmətdən xaric olunub

“İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub”.

Source:


“İl ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub”.

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: “Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır”.

“Təbii ki, ölkəmizə müxtəlif təhlükə və təhdidlər var. Ölkə prezidentinin dəstəyi sayəsində milli təhlükəsizlik orqanları tərəfindən bütün bunların qarşısı lazımi səviyyədə alınır”. Bunu Mədət Quliyev deyib.

M. Quliyev bildirib ki, bölgələrdə qısa zamanda müxtəlif təhlükəsizlik əməliyyatları həyata keçirilib: “Cinayətkarların, casusların məhv edilməsi istiqamətində tədbirlər görülür. Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşıblar və qətiyyətlə onların qarşısını alıblar”.

DTX rəisi onu da deyib ki, bu istiqamətdə Azərbaycanın xüsusi dövlət mühafizə orqanları digər ölkələrin müvafiq qurumları ilə birgə çalışır: “Bu yöndə bütün addımlar atılır. Azərbaycanın xüsusisi xidmət orqanları və dövlət mühafizə xidməti orqanları birgə işləyir. Əsas məsələ dövlət rəhbərinin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsidir”.

Ana səhifəXəbərlərMədət Quliyev: 500-dən artıq əməkdaş xidmətdən xaric olunub