Mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib

Foto: Mədəniyyət Nazirliyi

Prezident Əsasnaməyə dəyişiklik edib

Mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, artıq nazirin dörd müavini olacaq.

İndiyə qədər nazirin iki birinci müavini və iki müavini var idi.

Mədəniyyət nazirinin müavini vəzifəsinə yeni təyinat olub.

Bu haqda məlumatı Mədəniyyət nazirliyi yayıb.

Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb.

Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.

Mədəniyyət nazirinin daha öncə birinci müavini Elnur Əliyev olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2022-ci il noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan Elnur Əliyev noyabrın 3-də təqsirləndirilən şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb.

Noyabrın 3-də prezident onun birinci müavin vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

2023-cü il martın 1-də mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva da tutduqları vəzifədən azad ediliblər.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.

Ana səhifəMədəniyyətMədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib