Məcburi köçkünlərin aylıq müavinəti artırıldı

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Source:


Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” prezidentin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılacaq.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ana səhifəXəbərlərMəcburi köçkünlərin aylıq müavinəti artırıldı