Məcburi köçkünlər yeni “evlərinə”necə köçürülüb?

 “Məni çox zülümlə çıxardılar. Səbail rayonunda polis qalmamışdı ki mənim həyətimə tökülməsin. Bacımın başını vurdular yerə. Gəlnimin üstünə hücum çəkdilər. Üç aylıq uşağı düşdü. Özümün çiynimi qapıya vurdular. Bir dənə materialımı götürə bimədim. Mənə çox zülüm etdilər”.

Füzulidən olan Sevil Quliyeva məcburi köçkünlər üçün Mehdabadda inşa edilən mənzilə necə köçürüldüyündən danışır. O Səbail rayonunda beş otaqlı evə sahib olsa da, 21 ildə oarada yaşayaraq kommunal xərcləri ödəsə də, rayon İcra Hakimiyyəti onu zor gücünə öz evindən köçürüb və heç bir kompensasiya verilməyib. Buna səbəb kimi isə məcburi köçkünlərin mənzillə təmin olunması haqqda dövlət başçısının imzaladığı sərəncam göstərilib. Sevil Quliyeva deyir ki, İcra Hakimiyyətindən onalra bildiriib ki, siz məcburi köçkünsüz və sizin şəxsi eviniz ola bilməz:

 “Evdə hər şey xarabdr, yenidən özümüz təmir edirk, nə xəstəxanası var, nə avtobus işləyir, mən bir şey görmürəm burda. Mən şəraitdən razı deyiləm. Mən də insan kimi yaşamaq istəyirəm. Mənim üstümə hücum çəkən insanlar var idi, onlar görəsən mənim kimi qaçqın düşməyi bilirlər? Bilirlər 10 dəfə evi dağılıb qaçqın köçmək nə deməkdi? Bilirlərmi ki Araz çayını keçib meyitlərin üstündən atlayıb, bura gəlib, öz əlinin zəhməti ilə ev tikib, sonradan köçkün düşməyi? o vəzifədə oturanlar bilirlər bunları? İstiyərlərmi onların evi də mənimki kimi olsun?”

Səbail Rayonunda yaşayan və şəxsi evləri olan məcburi köçkünlərin Mehdabada zorla köçürüləcəyi və bu səbəbdən də evlərinin dağıdılması ilə bağlı məlumat vermişdik. Həmin köçkünlərdən Qiymət Səfərovanın şəxsi 7 otaqlı 160 kv m lik sahəsi olan evi artıq rayon İcra hakimiyyəti və polisi tərəfindən dağıdılıb. Əvəzində isə ona da Mehdabadda heç bir sənədi olmayan iki otaqlı mənzil verilib.

 “Yalandan gözdən pərdə asmaq üçün inşa edilib, amma heç bir şəraiti yoxudr. Nə lifti işlləyir, nə suyu var.  Kimə deyirik, deyirlər onu açdırmaq lazımdır. Bunun üçün biri Novxanıya getməli olduğumu, digəri Xırdalana göstərir. Mənim öz evimdə bilirdim ki nəyim var, nəyim yoxdur”

Qiymət Səfərovanın həyat yoldaşı Tofiq Səfərov həmin köçürülmə zamanı iflic olub. O, deyir ki, evinin dağıdılmasında 47 nəfər polis işçisi iştirak edib və illərlə tikdiyi evini, əkib-becərdiyi ağacları gözünün qabağında dağıdıblar.  İndi isə heç bir həyəti-bacası olmayan yerə gətirib çıxardıblar:

 “Mən burda elə bil quşu salmısan bir qəfəsə, elə  vəziyyətdəyəm”.

Məcburi köçkünlərin bir çoxunun şəxsi evi olsa da onların köçürülməsi zamanı nədənsə kompensasiyaların verilməsi problem yaradır və çox hallarda verimir. Vəkil Şəfa Camalzadə bildirir ki, köçkünlərin yeni yaşayış yeri ilə təmin olunması ilə bağlı verilən sərəncamda göstərilir ki, bu ehtiyacı olanlara şamil edilir.

 “Yəni yataqxanalrda, hansısa dövlət orqanının binalarında yaşayan şəxslərin evinin olması üçün onlara dövlət büdcəsindən pul ayrılıb və şəhərcik salınıb. Bu insanlar isə yaşayış yerinə ehtiyacı olan kimi Qaçqınom tərəfindən qeydə alınmayıb. Onların evi var, 22 ildir orda yaşayırlar. Rayon İcra Hakimiyyətinin məcburi köçükünün evini sökməsi bu artıq qanunsuzluğun son həddidir”.

Məcburi köçkünlərlə yerli vətəndaş arasında mülkiyyət hüquqlarına da aydınlıq gətirən vəkil bildirir ki, mövcud qanunvericilikdə heç kimə qarşı ayrıseçkilk göstərilmir. Yerli sakinlərin evləri hər hasnı bir səbədən sökülürsə, verilən kompensaiya məcburi köçkünlər üçün də keçərlidir.

Ana səhifəVideoMəcburi köçkünlər yeni “evlərinə”necə köçürülüb?