Son məlumata görə, daha bir cəsəd tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, xilasedicilər dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfərin xəsarət aldığı qeyd olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışla növbəti məlumat yayıb.
Bildirib ki, hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, ilkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.
Qeyd olunub ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb:
“Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir”.
Həmçinin, faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi açıldığı bildirilib.
Qurumlar hazırda yanğınla mübarizə tədbirlərinin aparıldığını deyir
Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış olub. Partlayışdan sonra yanğın çıxıb – ölən və yaralananların olduğu bildirilir.
Bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, əraziyə müvafiq xilasetmə qüvvələri cəlb olunub.
“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir”.
Daxili İşlər Nazirliyi də əraziyə polislərin cəlb olunduğunu bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, hadisə yerinə dərhal 15 təcili yardım briqadası cəlb olunub:
“Əlavə məlumat veriləcək”.
Yerli saytların hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.