Macarıstan Haaqa Məhkəməsindən çıxır

Foto: Nominesine\shutterstock

Müvafiq qanun layihəsini deputatların yarısından çoxu dəstəkləyib

Macarıstan parlamenti ölkənin Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasını təsdiqləyib.

“Macarıstan Parlamenti indicə Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağın lehinə səs verib. Bu qərarla biz qərəzsizliyini və nüfuzunu itirmiş siyasiləşmiş qurumun bir hissəsi olmaqdan imtina edirik”,- Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Müvafiq qanun layihəsini deputatların yarısından çoxu dəstəkləyib.

Macarıstan hakimiyyəti aprelin əvvəlində, İsrailin baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri zamanı Haaqa Məhkəməsindən çıxmaq istədiyini bildirib. Netanyahu barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı olsa da, Macarıstan hakimiyyəti siyasətçini saxlamayıb. Macarıstanın Haaqa Məhkəməsindən çıxma prosesi bir ilə qədər çəkə bilər.

Ana səhifəXəbərlərMacarıstan Haaqa Məhkəməsindən çıxır