Mayın 16-da Vyanada prezidentlərin görüşü planlaşdırılır

”Prezident deməlidir ki, bizim səbr kasamız dolub və mən sizdən son sözü gözləyirəm”

Source:
İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan


”Prezident deməlidir ki, bizim səbr kasamız dolub və mən sizdən son sözü gözləyirəm”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Ermənistan və Azərbaycan prezidnetlərinin mayın 16-da Vyanada görü.ünün gözləndiyini deyib.

O bildirib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: “Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.

M. Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.

Elxan Mehdiyev
Elxan Mehdiyev

Gözlənilən görüşü Meydan TV-yə şərh edən konfliktoloq Elxan Mehdiyev deyib ki, o, İlham Əliyevin Serj Sarkisyana Azərbaycanın işğalla barışmadığını və 22 ildir danışıqlar adıyla ərazilərimizi ilhaq etdiyini, bununla baş aldatdığını deyəcəyini gözləyir: “Prezident deməlidir ki, bizim səbr kasamız dolub və mən sizdən son sözü gözləyirəm. Əgər işğal olunmuş əraziləri sakitcə boşaldacaqsınızsa, Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı icmasının tam təhlükəsizliyini təmin etməyə hazırıq. Başqa proseslər, atəşkəs mexanizmləri, danışıqların formatı, bunlar vəziyyətin yenidən 20 il də uzanması deməkdir”.

Ana səhifəXəbərlərMayın 16-da Vyanada prezidentlərin görüşü planlaşdırılır