Masallılı dindar azadlığa çıxdı

Surac Ağayevin adı siyasi məhbus siyahısında olun

Source:
Surac Ağayev azadlıqda
Surac Ağayev azadlıqda


Surac Ağayevin adı siyasi məhbus siyahısında olun

Sentyabrın 15-də adı hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında olan Surac Valeh oğlu Ağayev azadlığa çıxıb. Dini inanclı şəxs kimi tanınan S.Ağayev həbs müddəti bitdiyi üçün saxlandığı 14 saylı cəzaçəkmə müəssisəindən buraxılıb.

O, CM-in 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə ittiham olunurdu.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 5 aprel tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onunla birlikdə daha bir neçə nəfər – Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza kəsilib. Onlar 2012-ci ilin sentyabrında saxlanılıblar.

Həbsdə olan Masallı rayon dindarlarından Namiq Kişiyev və Nicat Əliyevin də həbs müddəti artıq bitib.

Ana səhifəXəbərlərMasallılı dindar azadlığa çıxdı