Masallı və Goranboyda 60-a yaxın ev su altında qalıb

Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb

Source:
foto report.az
foto report.az


Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb

İntensiv yağıntılar səbəbindən Masallı və Goranboy rayonlarının bir sıra yaşayış məntəqələrində subasmalar qeydə alınıb.

Ən acınacaqlı vəziyyət Masallı rayonunun Böyük Təklə kəndindədir.

Bu kənddə 50-ə yaxın fərdi ev sel sularının altında qalıb. Sel suları evlərin zirzəmilərinə dolub, əkin sahələrinə ciddi ziyan vurub. Bundan əlavə xeyli sayda ev quşu tələf olub.

Yerli sakinlərin sözlərinə görə, onlar artıq ikinci ildir analoji problemlə qarşılaşırlar.

Goranboy rayonunda leysan xarakterli yağışların yağması Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb. Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.



APA, report.az

Ana səhifəXəbərlərMasallı və Goranboyda 60-a yaxın ev su altında qalıb