Şəbəkə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz edir
Amerikanın “Marriot” otel şəbəkəsi Rusiyada investisiyalar, yeni obyektlərin açılışını dayandırır.
Şəbəkə bunu Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq edib.
Rusiyadakı 28 mehmanxananın isə fəaliyyət göstərməsi üçün bütün imkanların nəzərdən keçirildiyi bildirilib.
Amerikanın “Hilton” və “Hyatt” otel şəbəkələri də Rusiyada fəaliyyətlərini dayandırıb.
Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Sanksiyalar çərçivəsində bir çox şirkət Rusiya bazarını tərk etməyə başlayıb.
Onlar arasında kafe və restoran şəbəkələri “KFC”, “Starbucks” və “McDonald’s”, tütün şirkətləri “Philips Morris” (IQOS, “Parliament”, “Malboro”), “Imperial Brands” və “British American Tobacco” (“glo”, “Kent”, “Lucky Strike”), İT korporasiyalar “Google”, “Apple” və “Microsoft” var.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.