Mark Vervilghen Azərbaycana lobbiçilik fəaliyyətini dayandırıb

Keçmiş nazir araşdırmalarla bağlı danışmaq istəməyib

Source:
Siyasətçi Mark Vervilghen
Siyasətçi Mark Vervilghen
Siyasətçi Mark Vervilghen
Siyasətçi Mark Vervilghen

7 il Belçikanın naziri olmuş, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilghen Azərbaycan üçün lobbiçilik fəaliyyətinə son qoyub.

O, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Beneluks üzrə direktoru kimi Azərbaycanla mədəni və iqtisadi əlaqələri genişləndirməklə məşğul olurdu. Mark Vervilghen qərarının şübhəli pul axını araşdırmaları ilə əlaqəsi olmadığını bildirib. O istefasını sentyabr ayının 30-u müqaviləsinin vaxtının bitməsi və yaşının 65 olması ilə əlaqələndirib.

Eks nazir “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmalar barədə heç bir açıqlama vermək istəmədiyini bildirib.

Belçikadakı Azərbaycan səfirliyi də bütün iddiaları təkzib edir.

Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov rəhbərlik edir.

Ana səhifəXəbərlərMark Vervilghen Azərbaycana lobbiçilik fəaliyyətini dayandırıb