Mariya Zaxarova Xarici İşlər Nazirliyinin bəyanatını yersiz adlandırıb

”Əminik ki, mənim fikirlərim Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmayacaq”

Source:


”Əminik ki, mənim fikirlərim Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmayacaq”

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə Rusiya Ali Məhkəməsinin qərarını müdafiə edib. O, bu qərarın Azərbaycan XİN tərəfindən tənqid edilməsini “yersiz” adlandırıb.

“Federal qanunvericiliklə bağlı çoxsaylı pozuntulara yol verdiyinə görə Ümumrusiya Azərbaycan Konqresi ictimai təşkilatının ləğv olundu. Qərarla bağlı Azərbaycan XİN mətbuat xidmətinin xəttilə yayılan və yerli agentliyin biri tərəfindən dərc edilən fikirlər təəccüblüdür. Rusiyanın daxili siyasətilə bağlı Azərbaycan XİN nümayəndəsinin çıxışına diqqət yönəldildi, bizim ölkədə “millətlərarası münasibətlər, islahatlar konsepsiyası və mədəniyyətlərarası dialoq perspektivləri” haqqında sözlər səsləndi”.

M.Zaxarova “belə bəyanatları yersiz” adlandırıb. “Rusiyanın ictimai təşkilatı ilə bağlı məhkəmənin qərarının Azərbaycana qarşı “qeyri-dost” addım kimi qiymətləndirilməsi qəribə görünür. Azərbaycan xarici siyasət idarəsi yenə də bəzi KİV-də dərc olunan versiyalardan istifadə edir, həm də hansısa “erməni izi”ndən danışır. Bizim öz ölkəmizdə etniklərarası münasibətləri necə qurmaqla bağlı şübhəli məsləhətlərə ehtiyacımız yoxdur”, – M.Zaxarova vurğulayıb.

O bildirib ki, Rusiya çoxmillətli demokratik dövlətdir, hər kəsin hüquqları təmin olunur və milliyyətindən asılı olmayaraq qorunur.

“Bizdə milli-mədəni ictimai birliklərin özünü təşkili və hərtərəfli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Əsasən əslən azərbaycanlı olan Rusiya vətəndaşlarının maraqları 260-dan çox qeyri-kommersiya təşkilatında təmsil olunur. Rusiya Azərbaycan Gənclər Birliyi, Rusiya Azərbaycan Təşkilatları İttifaqı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu kimi təşkilatlar federal səviyyədə uğurla fəaliyyət göstərir”, – M.Zaxarova qeyd edib.

O əlavə edib ki, “Rusiyada Azərbaycanla strateji tərəfdaşlıq dəyərləndirilir, iki dövlət başçısının müəyyən etdiyi kurs əlaqələrin hərtərəfli möhkəmləndirilməsinə yönəlib”.

“Əminik ki, mənim fikirlərim Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmayacaq”.

Ana səhifəXəbərlərMariya Zaxarova Xarici İşlər Nazirliyinin bəyanatını yersiz adlandırıb