“Manatla əməkhaqqı alan insanların gəlirləri azalacaq”

Zöhrab İsmayıl: “Yaxın 1-2 həftədə hakimiyyətin qeyri-peşəkar siyasəti nəticəsində manata olan etimad itəcək”

Source:


Zöhrab İsmayıl: “Yaxın 1-2 həftədə hakimiyyətin qeyri-peşəkar siyasəti nəticəsində manata olan etimad itəcək”

Mərkəzi Bankın qərarı ilə manatla müqayisədə dollar 33,7 faiz bahalaşdı. Sosial şəbəkələrdə yazılan statuslardan və valyutadəyişmə məntəqlərinin önündəki vəziyyətdən aydın olur ki, qəfil baş verən bahalaşma əhali arasında ajiotaj yaradıb. Bəs manatın sonrakı taleyi necə olacaq? İqtisadçı Zöhrab İsmayılla vəziyyətin yaratdığı bu və digər suallara cavab tapmağa çalışdıq.

 –

Z


ö


hrab b


ə


y, M


ə


rk


ə


zi Bank


ı


n


İ


dar


ə


 Hey


ə


tinin 21 fevral q


ə


rar


ı


 il


ə


 manat dollarla m


ü


qayis


ə


d


ə


 33,7 faiz bahala


ş


d


ı


. H


ö


kum


ə


tin bu add


ı


m


ı


 atma


ğ


a hans


ı


 amill


ə


r m


ə


cbur etdi?

–  Azərbaycanın gəlirləri əsasən neft layihələri hesabına formalaşır. Neftin də dünya bazarında qiymətinin enməsi Azərbaycanın gəlirlərini azaltdı, bu proses 2014-cü ilin yayından başladı.Ötən ilin üçüncü rübündə qiymətlərin aşağı düşməsi neft gəlirlərinin azalmasına əhəmiyyətli təsir etdi. Bilirsiniz ki, hər bir ölkənin milli valyutasının məzənnəsi onun tədiyyə balansı ilə bağlı olur. Tədiyyə balansı ölkəyə daxil olan və çıxan vəsaitlərdir, bu sıraya kapital,öhdəliklər, kreditlər, idxal, ixrac da daxildir və gedişat bunların saldosundan asılıdır. Yəni ölkəyə gələn valyuta çıxarılandan çoxdursa, o zaman milli valyutanın kursu möhkəmlənir. Yox, ölkədən xarici valyuta çıxarılırsa, milli valyutanın kursu təzyiq qarşısında düşür. Bu, elementar məsələdir, dollara tələbat yaranırsa, avtomotik olaraq dolların kursu bahalaşır. Mövcud durum ötən ilin dekabrından özünü büruzə verdi və Mərkəzi Bank bahalaşmanın qarşsını almaq üçün xeyli vəsait sərf etdi. Azərbaycan tarixində bəlkə ən böyük intervensiya idi ki, 1 ay ərzində 1,4 milyard dollara yaxın vəsait manatın kursunun sabitləşməsi üçün sərf olundu. Proses yanvar ayında da davam etdi. Doğrusu, manatın ucuzlaşdırılması ideyasının Mərkəzi Bankdan gəlməsinə şübhə ilə yanaşıram. Çünki bu barədə ilk dəfə prezident İlham Əliyev sonuncu müşavirəsində danışmışdı. Əgər yadınızdadırsa, rubl düşəndə prezident Putin də demişdi ki, nə problem var, nefti dollara satırlar, indi dolları dəyişəndə daha çox rubl əldə olunacaq. Düşünürəm ki, Azərbaycan hökuməti də bu yanaşmaya əsasən manatın kursunu aşağı salmaq haqqında qərar qəbul  etdilər.



Dem


ə


li, Az


ə


rbaycan h


ö


kum


ə


ti ideyan


ı


 Rusiya hakimiyy


ə


tind


ə


n g


ö


t


ü


r


üb


?

– Təxminən elədir.



Ba


ş


qa ehtimal da ir


ə


li s


ü


r


ü


l


ü


r: H


ö


kum


ə


t neftin d


üş


m


ə


si s


ə


b


ə


bind


ə


n b


ü


dc


ə


d


ə


 yaranan k


ə


siri aradan qald


ı


rmaq


üçü


n M


ə


rk


ə


zi Bank 21 fevralda bel


ə


 q


ə


rar q


ə


bul etm


ə


li oldu. Bu fikri d


ə


 b


ö


l


üşü


rs


ü


n


ü


zm


ü


?

– Bəli. Hökumət büdcənin gəlirlərini təmin edə bilmir və üstəlik Neft Fondundan 5-6 milyard manat xərcləməyi nəzərdə tutsa da, yenə kəsir qalır. Ona görə də hökumət düşündü ki, dövlət büdcəsini doldurmaq  üçün neft dollarlarını sataraq daha çox manat əldə etsin. Əslində, bu da insanları aldatmaqdır. Bilirik ki, bəzi ərzaq məhsulları istisna olmaqla, heç nə istehsal olunmur. Nə avtomobil, nə kompüter, nə telefon, nə trikotaj, nə də məişət texnikası məhsulları istehsal olunur. Bunlar hamısı Azərbaycana idxal olunur, o cümlədən, un, kərə, zeytun yağları da. Yaxın həftələrdə bu məhsulların əksəriyyətinin qiyməti 33 faiz bahalaşacaq. Faktiki olaraq, manatla əməkhaqqı alan insanların gəlirləri azalacaq.



Z


ö


hrab b


ə


y, b


ə


s niy


ə


 q


ə


rar 1 ay, 1 h


ə


ft


ə



ə


vv


ə


l yox, m


ə


hz indi q


ə


bul olundu, m


ə


qs


ə


d n


ə


dir?


Çü


nki 17 fevral da ajiotaj yaranm


ış


d


ı



– Hökumət əvvəl tədricən bu addımı atmağı düşünürdü. Nəzərə alın ki, insanlar buna hazır deyildi, cəmiyyətdə diskussiya açılmadı, açıq şəkildə cəmiyyəti aldatdılar. Baxın, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Az.TV-nin “Günün nəbzi” proqramında manatın dollara münasibətdə qəpiklə bahalaşacağını dedi. Eyni zamanda, hökumətin mövqeyini ifadə edən deputatlar, “ekspertlər” də xorla onun söylədiklərini təkrarladılar. Hətta bəzi “məşhur” iqtisadçılar insanların aldığı faizlərin itirdiklərindən çox olacağını deyərək, banklardan pullarını götürməməyi məsləhət görürdülər. Amma insanlar yenə də banklara, valyutadəyişmə məntəqələrinə üz tutub əmanətlərini ya dollara dəyişir, ya da götürürdülər. Hesab edirəm ki, böyük vəsait itirən əmanətçilər Elman Rüstəmovu məhkəməyə verməlidirlər, yalan məlumat verib onları arxayınlaşdırdığı üçün. Hansısa deputat, yaxud ekspert nəsə deyə bilər, onlar səlahiyyət sahibi deyil, Elman Rüstəmov isə məsuliyyət daşıyır.



Ancaq Azərbaycan gerçəkliyində heç bir məmur özbaşına açıqlama vermir, mütləq birinci şəxslə məsləhətləşir…

– Bəli, 21 fevral qərarı bütövlükdə hökumətin qərarıdır. Qərar məhz şənbə günü etdilər ki, insanlar artıq gec olduğunu düşünsünlər. 33 faiz ucuzlaşmadan sonra əmənatçilər düşünəcək ki, onsuz da itiriblər, taleləri ilə barışıb pullarını geri götürməyəcəklər. Amma mən hesab edirəm ki, insanlar gələn həftədən manatlarını dollara dəyişəcək, bu da manata təzyiqləri artıracaq. Hökumət düşünürsə ki, 33 faiz devolvasiya ilə manata təzyiqlər azalacaq, bu, səhvdir. Yaxın 1-2 həftədə hakimiyyətin qeyri-peşəkar siyasəti nəticəsində manata olan etimad itəcək. Bundan sonra Binə, Sədərək ticarət mərkəzlərində satıcılar gündəlik gəlirlərini axşam dollara dəyişəcək. Yəni dollara olan tələbat süni şəkildə artacaq. 33 faiz dəyişiklik tədiyyə balansında müəyyən qədər sabitlik yarada bilər, amma bu, kifayət etməyəcək. Neftin qiymətinin aşağı olması səbəbindən hökumət zəruri tədbirləri görmədikcə, heç nə dəyişməyəcək. Beləliklə, Mərkəzi Bank manatın kursunu saxlamaq üçün intervensiyasını davam etməli olacaq, yəni valyuta ehtiyatları azalacaq.



Bu mənada manatın növbəti dəfə ucuzlaşması gözlənilirmi?

– Sözsüz. 33 faizlik devolvasiyadan sonra Mərkəzi Bank valyuta bazarına müdaxilə etməklə prosesin qarşısını almağa çalışacaq. Ancaq bu da müvəqqətidir. Çünki hər ay 1 milyard dollardan çox vəsait manatın kursunun dəstəklənməsinə sərf olunub, indiki gedişlə bir neçə aya milli valyutanın dəstəklənməsinə vəsait də qalmayacaq. İkinci bir məsələ, hökumətin başqa bir arqumenti odur ki, manatın devolvasiyası iqtisadiyyatın şaxələnməsinə xidmət edir. Amma son 2 həftədəki hadisələr hökumətin hekayələrinə inamı tamamilə sıradan çıxardı. İndi əsas məqsəd büdcəni heç olmasa manatla doldurmaqdır. İqtisadiyytı şaxələndirmək istəyən hakimiyyət, ilk növbədə, sahibkarlığa şəffaf rəqabətli mühit yaratmalı, xarici ticarətin qarşısındakı baryerləri götürməli, korrupsiyanı, inhisarçılığı aradan qaldırmalıdır.  Ona görə hökumətin iqtisadiyyatın şaxələndirməsi barədə dedikləri nağıllardır, insanları aldadırlar ki, bugünkü faciə gələcək xoş günlər üçün edilir. Yaxın aylarda 21 fevralın nəticəsini görəcəyik, insanlar hələ hiss etmir, 1 aydan sonra itkilər seziləcək. 150 manat pensiya alanlar gəlirlərinin üçdə birini artıq itirdilər.

Ana səhifəXəbərlər“Manatla əməkhaqqı alan insanların gəlirləri azalacaq”