Manatın rəsmi məzənnəsi ucuzlaşa bilər

Samir Əliyev: “FED uçot dərəcəsini artırsa belə, sabah manat devalvasiya olmayacaq”

Source:

Samir Əliyev: “FED uçot dərəcəsini artırsa belə, sabah manat devalvasiya olmayacaq”

Dekabrın 16-da Amerikada Federal Ehtiyat Sisteminin (FED) iclası olacaq. Toplantıda ABŞ Mərkəzi Bankının sədri Janet Yellenin 2006-cı ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini artırması gözlənilir. Faiz dərəcələrinin 0,25-dən 0,5-ə qədər artırılması FED-in valyuta bazarına ən ciddi maddi müdaxiləsi kimi qiymətləndirilir. İqtisadçılar bu dəyişikliyin dolların valyuta bazarında daha da möhkəmlənməsinə səbəb olacağını proqnozlaşdırır. Eyni zamanda ehtimal edilir ki, qərar manatın məzənnəsinə də ciddi təsir edəcək.

İqtisadçı Samir Əliyev isə hesab edir ki, bu gün valyutaların gələcək taleyi ilə bağlı qərar veriləcək. Amma manatın taleyi bu gün həll olunmur.

Bunu iqtisadçı Samir Əliyev öz Facebook səhifəsində yazıb.

Samir Əliyevin sözlərinə görə, Amerika Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırsa belə, sabah manat devalvasiya olmayacaq: “Dollar manata münasibətdə cüzi bahalaşa bilər. Ancaq bu bahalaşma həmişəki səviyyədə baş verəcək. Hətta yaxın günlərdə manatın rəsmi məzənnəsinin ucuzlaşması da istisna deyil”.

Ekspert deyir ki, manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur: “FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir. Və ya uçot dərəcəsinin qaldırılmaması manatın ucuzlaşmaqdan qurtulması kimi qiymətləndirilməməlidir”.

Ana səhifəXəbərlərManatın rəsmi məzənnəsi ucuzlaşa bilər