Bu gün mayın 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.
”
APA
-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07 faiz bahalaşaraq 1,0482 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0139 manat və ya 1,17 faiz ucuzlaşaraq 1,1742 manat olub.