Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98 faiz azalaraq 0,0203 manat səviyyəsində qərarlaşıb
Bu gün yanvarın 12-si ilə müqayisədə Azərbaycanda manatın 1 ABŞ dollarına nisbətən məzənnəsi möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 12-si ilə müqayisədə 0,0003 manat və ya 0,02 faiz azalaraq 1,5682 manat olub.
Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 12-də manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 13 yanvar 2016-cı il tarixi üçün 1,5682 manat səviyyəsində müəyyənləşdirilib. Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,52 faiz və ya 0,0089 manat azalaraq 1,6980 manata düşüb.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98 faiz azalaraq 0,0203 manat səviyyəsində qərarlaşıb.