Növbəti valyuta hərracı keçirilib
Martın 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.
AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6 faiz möhkəmlənib.
Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.