Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,52 faiz azalaraq 0,0194 manata düşüb
Bu gün yanvarın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 19-da olduğu kimi 1,6028 manat olub.
AMB yanvarın 21-də USD/AZN rəsmi məzənnəsini yanvarın 22-si üçün 1,6028 səviyyəsində müəyyən edib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,53 faiz və ya 0,0093 manat azalaraq 1,7365 manata düşüb.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0003 manat və ya 1,52 faiz azalaraq 0,0194 manata düşüb.